Ana Sayfa > Karusel / Siyasət > Şimali Kipr lideri Azərbaycandan mənəvi dəstək istəyib

Şimali Kipr lideri Azərbaycandan mənəvi dəstək istəyib


10-12-2021, 13:13. Yazar: Admin

Ersin Tatar

 

“Mədəniyyətlərin qarşıdurması səbəbindən yunan Kipri Qərbdə tanınıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Azərbaycan mediasının təmsilçiləri ilə videokonfrans formatında görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti deyib ki, Avropa İttifaqının məqsədi Türkiyənin Şərqi Aralıq dənizində təsirini azaltmaqdır: “Biz sizin mənəvi dəstəyinizi istəyirik. İmzalanmış sazişlə Azərbaycana edilən hücum Türkiyəyə hücum, Türkiyəyə hücum Azərbaycana hücumdur. Təki "Bir millət, üç dövlət" olaq. Kipr Türkiyənin təhlükəsizliyi üçün çox önəmlidir. Bütün bu məsələlərin gündəmə gəlməsi vacibdir”.

Ersin Tatar qeyd edib ki, 50 il əvvəl nə internet, nə mobil telefonlar vardı: “Sadəcə əsarət altında Azərbaycan olduğunu bilirdik. İndi reallıq dəyişib”.(Apa)


Geri dön