Ana Sayfa > Karusel / Gündəm > Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI


10-12-2021, 13:10. Yazar: Admin

2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvarnoyabr aylarına nisbətən 106,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Qarabaginfo.az-a verilən məlumata görə, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 111,1 faiz təşkil edib.

 

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 114,9 faiz olub.

 

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 114,9 faiz təşkil etmişdir.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, çörəyin, peçenyenin, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kəsmiyin, xamanın, yoqurtun, pendirin, yumurtanın, kərə yağının, süfrə marqarininin, üzümün, bananın, armudun, qozun, fındığın, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən portağalın, naringinin, heyvanın, xurmanın, kivinin, pomidorun və çuğundurun qiymətlərində müşahidə olunub.

 

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 107,1 faiz təşkil edib. Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatlarının, yemək qablarının, mebellərin, televizorların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 109,1 faiz təşkil edib.

 

Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin əhali qrupu üzrə müvafiq olaraq aylıq və illik istehlak həcmlərinə görə tariflərinin dəyişdirilməsi nəticəsində elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin orta qiymətlərinin artması, habelə paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, məişət cihazları və minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Geri dön