Ana Sayfa > Karusel / Dünya > Bayden Putinlə söhbətdən sonra NATO liderlərinə zəng edib

Bayden Putinlə söhbətdən sonra NATO liderlərinə zəng edib


10-12-2021, 08:10. Yazar: Admin

 

 Bayden Putinlə söhbətdən sonra NATO liderlərinə zəng edib

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra NATO-nun Şərq cəbhəsini təşkil edən “Buxarest doqquzluğu”nun liderlərinə zəng edib.

Qarabaginfo.az xəbər veriri ki, bu barədə Ağ Ev məlumat yayıb.

Söhbətlərin mövzusu V.Putinlə onlayn görüş və Ukrayna prezidenti V. Zelenski ilə telefon danışığı olub. Müzakirə edilən məsələlər barədə məlumat verilmir.

Qeyd edək ki, “Buxarest doqquzluğu”na Bolqarıstan, Çexiya, Litva, Latviya, Estoniya, Macarıstan, Polşa, Rumıniya və Slovakiya daxildir.(Apa)


Geri dön