Ana Sayfa > Karusel / Dünya > BMT Baş katibi karantindən sonra işə çıxıb

BMT Baş katibi karantindən sonra işə çıxıb


9-12-2021, 23:54. Yazar: Admin

 

BMT Baş katibi karantindən sonra işə çıxıb

BMT-nin Baş katibi Antoniu Quterreş koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün iki gün özünü təcrid olunmuş vəziyyətdə keçirdikdən sonra Nyu-Yorkdakı qərargahında işə qayıdıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, dünya təşkilatının rəhbəri bu səhər BMT Təhlükəsizlik Şurasının iclas zalına daxil olub.

72 yaşlı Quterreşdə xəstəliyin heç bir əlaməti aşkarlanmayıb. Baş katibin koronavirus testi də mənfi nəticə verib, lakin ehtiyat tədbiri olaraq ikinci testə qədər məsafədən işləmək məcburiyyətində qalıb.


Geri dön