Ana Sayfa > Karusel / Region > Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edilib

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edilib


9-12-2021, 22:31. Yazar: Admin

 

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edilib

Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişinin təminatı departamentinin aparıcı məsləhətçisi Aleksandr Lopatini ev dustaqlığına buraxıb.

Qarabaginfo.az bu barədə "RİA Novosti”yə istinadən xəbər verir.

Ev dustaqlığının müddəti 2022-ci il fevralın 7-dək müəyyən edilib.

A.Lopatin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.(Report)


Geri dön