Ana Sayfa > Karusel / Siyasət > Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verdi
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verdi9-12-2021, 18:52. Yazar: Admin |
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə report-a məhkəmədən məlumat verilib. İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun gələn il yanvarın 6-na təyin edilən iclasında baxılacaq. (konkret.az) Geri dön |