Ana Sayfa > Karusel / Gündəm > Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb

Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb


9-12-2021, 17:02. Yazar: Admin

 

Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb

 

Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Sərəncamla 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293) 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib:

 

“Təşkilat Komitəsinin sədri

 

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini

məsələlər şöbəsinin müdiri

 

Təşkilat Komitəsinin üzvləri

 

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial

müdafiəsi naziri

Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin

Direktorlar Şurasının sədri

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş

direktoru.”.


Geri dön