Ana Sayfa > Karusel / Gündəm > Lerikdə dağ-meşə ərazisində yanğın olub

Lerikdə dağ-meşə ərazisində yanğın olub


9-12-2021, 14:32. Yazar: Admin

 

Lerikdə dağ-meşə ərazisində yanğın olub

Lerikdə dağ-meşə ərazisində yanğın olub.

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.


Geri dön