Ana Sayfa > Karusel / Gündəm > İki nəfərin Şuşada minaya düşərək ölməsiylə bağlı cinayət işi başlandı

İki nəfərin Şuşada minaya düşərək ölməsiylə bağlı cinayət işi başlandı


9-12-2021, 13:48. Yazar: Admin
İki nəfərin Şuşada minaya düşərək ölməsiylə bağlı cinayət işi başlandı

İki nəfərin Şuşada minaya düşərək ölməsiylə bağlı cinayət işi başlanıb.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı  1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olmuşlar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.


Geri dön