Ana Sayfa > Karusel / Gündəm > Baş Prokurorluq Şuşada iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Şuşada iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb


9-12-2021, 13:03. Yazar: Admin

Baş Prokurorluğun əlaqə vasitələri

Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Qarabaginfo.az-a daxil olan məlumatda deyilir:

"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir".


Geri dön