Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Azərbaycanı "3+3” platformasında Xələf Xələfov təmsil edəcək
Azərbaycanı "3+3” platformasında Xələf Xələfov təmsil edəcək9-12-2021, 11:20. Yazar: Admin |
Moskva şəhərində sabah "3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə Qarabaginfo.az Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın təşəbbüsü ilə yaradılmış "3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq. Geri dön |