Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib


9-12-2021, 10:13. Yazar: Admin

 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

Qarabaginfo.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.


Geri dön