Ana Sayfa > Karusel / Dünya > Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub


8-12-2021, 17:24. Yazar: Admin

 

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub

Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub. 

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib. 

Onun sözlərinə görə, Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.

15.48

Hindistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 14 nəfər olub.

Bildirilib ki, onların arasında Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı, köməkçisi, şəxsi mühafizə xidmətindən xüsusi təyinatlılar və ölkə Hərbi Hava Qüvvələrinin hərbçiləri olublar. 

Bildirilib ki, qəza yerindən 5 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfər ağır xəsarətlə hospitala yerləşdirilib.(Report)


Geri dön