Ana Sayfa > Karusel / Cəmiyyət > Şirvanda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Şirvanda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb


8-12-2021, 09:29. Yazar: Admin

Niyaməddin Əliyev

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, şəhər sakini Niyaməddin Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

N.Əliyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.


Geri dön