Gürcüstanın Qori hərbi hospitalında müalicə olunan keçmiş prezident Mixail Saakaşvili müraciət yayıb. Gürcüstan KİV-lərinin yaydığı məlumata görə, o, istənilən tibbi müalicəni dayandırdığını bildirib. Siyasətçi qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb. M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini vurğulayıb.