Ana Sayfa > Karusel / Dünya > ÜST vaksinlərin qeyri-bərabər paylanmasına münasibət bildirib

ÜST vaksinlərin qeyri-bərabər paylanmasına münasibət bildirib


8-12-2021, 08:33. Yazar: Admin

Tedros Adhanom Qebreyesus

 

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus 100-dən çox ölkədə vaksinasiya səviyyəsinin hələ də 40% hədəfinə çatmadığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Qebreyesus bu ölkələrin yarıdan çoxunun Afrika qitəsinə mənsub olduğunu vurğulayıb.

“Dünyada peyvəndlərin 80%-dən çoxu Böyük İyirmilik ölkələrinin payına düşür. Əsasən Afrikada olan aşağı gəlirli ölkələrə isə istehsal olunan vaksinlərin yalnız 0,6%-i göndərilib. Vaksin qeyri-bərabərliyi nə qədər çox davam edərsə, virusun bir o qədər heç kəsin qarşısını ala bilməyəcəyi üsulla yayılma və mutasiya etmək imkanı olacaq”, deyə təşkilat rəhbəri bildirib.


Geri dön