Ana Sayfa > Karusel / Dünya > Putin və Bayden arasında görüş başlayıb

Putin və Bayden arasında görüş başlayıb


7-12-2021, 19:57. Yazar: Admin

Co Bayden, Vladimir Putin

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

Qarabaginfo.az “Rossiya24” kanalına istinadən verdiyi məlumata görə, Putin-Bayden danışıqları videokonfrans formatında keçirilir.

Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.

Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.

Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ Prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.(Apa)


Geri dön