Ana Sayfa > Karusel / Gündəm > AzTV-də təmizləmələr başladı - Eks-nazirin adamı “VURULDU”
AzTV-də təmizləmələr başladı - Eks-nazirin adamı “VURULDU”23-01-2019, 12:40. Yazar: Admin |
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.
Modern.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb.
Kadr islahatına daxil olan digər məsələ “Xəbərlər” İnformasiya redaksiyası ilə bağlıdır. Burada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar artıq işdən azad olunublar. Bundan başqa qurumun bir neçə ölkədən təmsilçiləri də işdən çıxarılaraq geri çağırılıb ki, bu və digər kadr islahatları ilə bağlı yaxın zamanlarda məlumat veriləcək. İslahatlarla bağlı faktları AzTV-dən təsdiqləyiblər. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. Geri dön |