Ana Sayfa > Karusel / Qarabağ > Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov

Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov


7-12-2021, 15:43. Yazar: Admin

 

Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov

Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakı Beynəlxalaq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.

"Zəngəzur dəhlizi hələ sovet dövründə regionumuzun əsas dəhlizi və yüklərin aşırılması üçün logistika qovşağı hesab olunurdu. O vaxt onun imkanları ildə 3 milyon ton təşkil edirdi. Biz Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımını gözləyirik. Limanın yükaşırma həcmlərinin artırılmasına hazırlanması üçün işlər aparılır. Biz həm də hesab edirik ki, qonşu ölkələrin limanları ilə əlaqələrin qurulması bizi regional iştirakçıya çevirəcək. Bu gün biz bir sıra ölkələr üçün yük tranzitində qovşaq qismində çıxış edirik", - deyə T.Ziyadov bildirib.(Trend)


Geri dön