Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Ərdoğanın partiyası Ermənistana çağırış etdi
Ərdoğanın partiyası Ermənistana çağırış etdi7-12-2021, 14:29. Yazar: Admin |
“Zəngəzur dəhlizinin açılması Türkiyənin digər türk dövlətləri ilə əlaqələr qurmasına zəmin yaradacaq”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş dekabrın 7-də İstanbulda Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə keçirdiyi mətbuat konfransında deyib. “Biz müharibədən sonra imzalanan sənədlərin icra edilməsini arzulayırıq. Bunun üçün də Ermənistan erməni lobbisinin göstərdiyi istiqamətlərdə deyil, Ermənistanda yaşayan erməni xalqının mənfəətinə uyğun şəkildə davranmalı və Cənubi Qafqazda sülhə töhfə verməlidir. Çünki Fransa, ABŞ və başqa yerlərdəki erməni lobbilərinin “havası” başqadır, Ermənistan reallığı isə başqadır”, - o vurğulayıb. Geri dön |