Ana Sayfa > Karusel / Gündəm > İtkin düşən uşaq haradan tapıldı?

İtkin düşən uşaq haradan tapıldı?


7-12-2021, 12:14. Yazar: Admin

 

İtkin düşən uşaq haradan tapıldı?

 

Göygöldə itkin düşən 13 yaşlı oğlan tapılıb.

Bu barədə Qarabaginfo.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə artıq azyaşlının yeri müəyyən olunub: “Hadisə ilə bağlı məlumat daxil olan kimi polis əməkdaşları müvafiq araşdırmalara başlayıblar. Araşdırma nəticəsində yeniyetmənin yeri müəyyən olunub. Onun qohumlarından birinin evində olduğu müəyyənləşib. Hazırda müvafiq zəruri tədbirlər görülür, ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Göygöl rayonunda Yeni Qızılca kənd sakini, 2008-ci il təvəllüdlü O. G. dekabrın 3-ü səhər 6 radələrində evdən çıxıb, geri qayıtmamışdı.


Geri dön