Ana Sayfa > Karusel / Siyasət > Rövşən Rzayev BQXK-nın baş katibi ilə görüşüb

Rövşən Rzayev BQXK-nın baş katibi ilə görüşüb


7-12-2021, 12:09. Yazar: Admin

 

Rövşən Rzayev BQXK-nın baş katibi ilə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Caqannat Çapaqeynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qonaqlara Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, bu kateqoriyadan olan insanların problemlərinin həlli üçün otuz ilə yaxın müddətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb.

Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi, bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür.

Söhbət zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə mina təhlükəsizliyinə dair keçirilən maarifləndirmə təlimlərindən bəhs edilib, Dövlət Komitəsi və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Caqannat Çapaqeyn qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini bəyəndiyini vurğulayıb. O bildirib ki, geri qayıdan məcburi köçkünlərin dayanıqlı məşğulluq və onların həmin ərazilərdə yaşaması üçün mühüm sosial-iqtisadi şəraitin yaradılmasını yüksək qiymətləndirir. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Qonaqlar daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlərin müvəqqəti yaşadığı yataqxanada onların şəraiti ilə yaxından tanış olublar. Sonda isə məcburi köçkünlər üçün salınmış "Qobu Park - 3" yaşayış kompleksində yerləşən "Xarıbülbül" təlim və istehsal mərkəzindəki iş şəraitini yaxından izləyiblər.


Geri dön