Ana Sayfa > Karusel / Qarabağ > Agentlik: Yaxın 4 ildə Qarabağ 1 milyon turist qəbul edəcək
Agentlik: Yaxın 4 ildə Qarabağ 1 milyon turist qəbul edəcək7-12-2021, 11:32. Yazar: Admin |
"Qarabağ və Zəngəzur destinasiyası ilə bağlı həm strategiyamız, həm də konsepsiyamız var". Bunu Qarabaginfo.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, strategiya və konsepsiyada əsas yanaşma turizm marşrutı və məhsullarının yaradılmasıdır: "Klastrlarla bağlı da fikrimiz var. Məsələn, Kəlbəcərdə turizmin inkişafına dair ayrılıqda konsepsiya var, amma Kəlbəcəri digər klastrlarla əlaqələndirən üslublar da mövcuddur. Şuşanın öz üslubu var. Məsələn, Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Şuşada festivalların keçirilməsi, Ağdamda "dark" - yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Suqovuşanla bağlı planlar da var. Ümumilikdə bu bölgə üçün planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir". Geri dön |