Ana Sayfa > Karusel / Dünya > Pentaqon Konqresdən yeni hücum dronlarının hazırlanması üçün vəsait istəyəcək
Pentaqon Konqresdən yeni hücum dronlarının hazırlanması üçün vəsait istəyəcək7-12-2021, 08:52. Yazar: Admin |
Pentaqon ABŞ Konqresindən yeni hücum dronlarının hazırlanması ilə bağlı iki məxfi proqram üçün vəsait istəmək niyyətindədir. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Frenk Kendall “Politico” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, söhbət F-22 və ya F-35 kimi qırıcılarla birlikdə işləmək üçün nəzərdə tutulmuş pilotsuz platformalardan gedir. Frenk Kendall bildirib ki, bu proqramlar Pentaqonun gələn ilin əvvəlində Konqresə ünvanlanacaq büdcə layihəsində yer alacaq: “Bunlar məxfi proqramlar olacaq. Amma onları 2023-cü ildə istifadəyə verməyə çalışacağam”. Geri dön |