Ana Sayfa > Karusel / Dünya > Tramp Ağ Evdəki işi haqqında kitab yazır

Tramp Ağ Evdəki işi haqqında kitab yazır


7-12-2021, 08:17. Yazar: Admin

 

Tramp Ağ Evdəki işi haqqında kitab yazır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı olduğu dörd illik fəaliyyəti ilə bağlı kitab yazır.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “Newsmax TV”yə müsahibəsində bildirib.

“Bəli, mən onları (xatirələri - Red) yazıram. Görəcəksiniz, bu çox güclü olacaq”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.

Tramp əlavə edib ki, onun kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Eyni zamanda, ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzuları qeyd etməyib.(Report)


Geri dön