Ana Sayfa > Karusel / Gündəm > İranda qaz kəmərində güclü yanğın baş verib

İranda qaz kəmərində güclü yanğın baş verib


6-12-2021, 20:29. Yazar: Admin

İranda qaz kəmərində güclü yanğın baş verib

İranın paytaxtı Tehranda qaz kəmərində güclü yanğın baş verib.

Qarabaginfo.az-ın Tehran bürosunun məlumatına görə, hadisə Tehranın Şadabad meydanında baş verib.

Məlumata görə, yanğına qaz kəmərinin yaxınlığında aparılan qazıntı səbəb olub.

Qazıntı zamanı qaz kəmərinin zədələndiyi bildirilib.

Məlumatda yanğının söndürülməsi üçün işlərin aparıldığı bildirilir. Xəsarət alanların olmadığı bildirilir.


Geri dön