Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.
Qarabaginfo.az-ın məlumatına görə, siyahıda qitənin 435 komandası yer alıb.
Azərbaycanın üç klubu cədvələ daxil edilib. “Qarabağ” ölkəmizin ən yaxşı təmsilçisidir.
Qurban Qurbanovun yetirmələri “Top-100”də qərarlaşıb. Ağdamlılar 204 xalla qitədə 85-cidir. Premyer Liqanın lideri ötən cədvəllə müqayisədə 1 pillə geriləyib.
Digər iki klubumuz üçüncü “100-lük”dədir. 30 xala malik “Neftçi” 243-cüdür. Bakılılar üç addım irəliləyib. 20 xalı olan “Qəbələ” 288-ci sırada qalıb.
Qeyd edək ki, siyahıya 2141 xalla “Real” başçılıq edir. “Bavariya”nın 1946, “Barselona”nın 1926 xalı var.