Ana Sayfa > Karusel / Region > Odessa-Gəncə aviareysi üzrə uçuşlara başlanılıb

Odessa-Gəncə aviareysi üzrə uçuşlara başlanılıb


6-12-2021, 17:08. Yazar: Admin

Odessa-Gəncə aviareysi üzrə uçuşlara başlanılıb

Bu gündən etibarən Ukraynanın "Bees Airline" aşağıbüdcəli (loukoster) aviaşirkəti Azərbaycana uçuşlarını həyata keçirməyə başlayıb.

Qarabaginfo.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, aviadaşıyıcı həftədə bir dəfə olmaqla (bazar ertəsi) "Odessa" beynəlxalq hava limanından Gəncəyə uçuşlar yerinə yetirir.

Odessa-Gəncə-Odessa reysinin cədvəlinə əsasən, Odessadan uçuş yerli vaxtla saat 09:00-da, Gəncəyə eniş saat 13:20-də, Gəncədən uçuş saat 14:20-də, Odessaya eniş isə saat 15:00-da həyata keçirilir. Bir istiqamətə biletin minimal qiyməti 85 ABŞ dolları təşkil edir.


Geri dön