İB-dən Qarabaginfo.az-a verilən məlumata görə, Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Xocavənd, Hadrut, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Görüş zamanı baş direktor Vətən müharibəsi iştirakçısının iş şəraiti ilə yaxından maraqlanaraq, Birlik tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.
“Qazilərin qayğıları ilə maraqlanmaq bizim borcumuzdur”, - deyə R. Əliyev qeyd edib.
Əli İbrahimov “Azəriqaz” İB-də faydalı işinə görə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına və 50 illik yubileyi münasibəti ilə Birlik rəhbərliyi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.