Ana Sayfa > Karusel / Region > Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib6-12-2021, 15:39. Yazar: Admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 6-da Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib. Qarabaginfo.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib. Şuranın gündəliyi barədə məlumat verilməyib. İclasda qurumun üzvləri ilə yanaşı, parlamentin sədri Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, parlament sədrinin müavini Ruben Rubenyan, hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan, habelə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan da iştirak edib. Geri dön |