Ana Sayfa > Karusel / Təhsil > Nazir: "Şuşada tikilən məktəbin inşası gələn ilin dekabrında bitəcək"

Nazir: "Şuşada tikilən məktəbin inşası gələn ilin dekabrında bitəcək"


6-12-2021, 15:29. Yazar: Admin

Emin Əmrullayev: "Ümid edirik, tədrisi arasıkəsilmədən başa çatdıracağıq" » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.

Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.


Geri dön