Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Şəhid xanımından ETİRAZ
Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Şəhid xanımından ETİRAZ6-12-2021, 13:39. Yazar: Admin |
Sosial şəbəkələrdə üzərində Xarıbülbül simvolu olan corab şəkilləri paylaşılır. Birmənalı qarşılanmayan bu paylaşımlar çoxsaylı qınağa, qəzəbə səbəb olub.
Qarabaginfo.az-ın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, Xarıbülbül bizim üçün əhəmiyyətli bir milli atributdur. Onun sözlərinə görə, Xarıbülbül 44 günlük Vətən müharibəsindən sonra müqəddəsləşdi.
“Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri, şəhid polkovnik Rauf Orucovun xanımı Sevinc Orucova da Xarlbülbülün onun üçün müqəddəs olduğunu vurğulayuıb.
Müqəddəs, dəyərli, əziz insanlarımızı xatırladır o simvol. Biz onu qələbəmizin, şəhidlərimizin simvolu eləmişiksə, onu necə hər əşyanın üzərinə yapışdırmaq olar, bunu anlamıram”.
“Onu istehsal edən, o simvollardan istifadə edib, pul qazanmaq istəyən insanların da bir vicdanı, düşüncəsi olmalıdır. Bizim qınağımızdan öncə, özlərinin daxili mənəvi qınağı olmalıdır ki, mən bunu nəyin üzərinə yapışdırıram. Bu insanda düşüncə tərzi yoxdursa, hər şey ictimai qınaqla həll olmalıdır? İnsanın özünün də mənəvi psixologiyası, düşüncəsi olmalıdır”.
“Həmin kəlağayıları simvolik hədiyyə kimi bayramlarda şəhid analarına təqdim edirdik. İnanın ki, analar onu başlarına örtməyə belə qıymırdılar”. Geri dön |