Qarabaginfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü general Şahin Təqixani Natanz nüvə stansiyasının yaxınlığında güclü partlayış səsinin eşidilməsi ilə bağlı açıqlama verərkən deyib.
O bildirib ki, raket sınağı bölgədə olan HHQ-nin raket sistemlərinin ehtimal olunan hücumlara qarşı gücünü yoxlamaq məqsədilə baş tutub. "Təlim sınaqları tamamilə təhlükəsiz şəraitdə, ölkənin müdafiə şəbəkəsi ilə tam koordinasiyada həyata keçirilib. Bununla bağlı heç bir narahatlığa əsas yoxdur".