Ana Sayfa > Karusel / Hadisə > Şabranda quşçuluq sexində yanğın olub

Şabranda quşçuluq sexində yanğın olub


4-12-2021, 18:53. Yazar: Admin

Şabranda quşçuluq sexində yanğın olub

Şabran rayonunda ümumi sahəsi 1224 m² olan quşçuluq sexinin içərisində 54 ədəd plastik qab və yerə səpilən saman 450 m² sahədə yanıb.

Bu barədə Qarabaginfo.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön