Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb
Qusarda ev yanıb, 40 yaşlı kişi yanaraq ölüb4-12-2021, 11:23. Yazar: Admin |
![]() Qusar rayonunda ev yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Gündüzqala kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli (hər mərtəbəsi 150 m², aynabənd və pilləkən qəfəsi taxta konstruksiyalardan ibarət) aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 260 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Geri dön |