Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb3-12-2021, 18:47. Yazar: Admin |
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 846 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 091 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 583 569, buster doza üzrə vaksinasiya olunanların sayı isə 964 613 təşkil edir. Geri dön |