Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.
Qarabaginfo.az xəbər verir ki, kənd sakini həmkəndlisinə atəş açıb.
Qol və ayaq nahiyəsindən yaralanan gənc xəstəxanaya çatdırılıb, vəziyyəti sabit ağır kimi qiymətləndirilir.
İnsidentin səbəbi hələ bilinmir. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.(Report)