Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş baş leytenant Nağıyev Fərid Təyyar oğlunun məzarını ziyarət ediblər.
Bu barədə Qarabaginfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Ailəsinin arzusu ilə Beyləqan rayonunda dəfn edilmiş hərbi qulluqçunun əziz xatirəsi ehtiramla yad edilib, məzarına gül dəstələri qoyulub.