Bu barədə DSX-dən məlumat verilib.
Xidmət rəisi hərbi qulluqçularla söhbət edib, səhhətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.
Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib.