Ana Sayfa > Karusel / Gündəm > Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib
Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib3-12-2021, 14:17. Yazar: Admin |
"Dünən gecə saatlarına qədər Ermənistan hökuməti iclas keçirib. Deputatlar baş nazirinn müavini Mher Qriqoryanın Rusiyaya səfərinin yekunlarını müzakirə ediblər”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb. Qəzet iddia edib ki, iclasın ruhundan belə anlaşılıb ki, Bakı ilə imzalanacaq növbəti sənəd hazırlanır. “İclasda, əsasən baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış edərək bəzi məqamlarla bağlı birgə qərarlar qəbul etməli olduqlarını bildiriblər. Baş nazir müavini Mher Qriqoryan isə həmin qərarları üçtərəfli komissiyayanın işçi qrupunun yaxın vaxtlarda keçiriləcək iclasında təqdim edəcək”. "Bundan sonra “məşhur” sənədləri baş nazir Paşinyan yox, ehtimal ki, Mher Qriqoryan və Suren Papikyan imzalayacaq", - deyə "Joğovurd" qeyd edib. Xatırladaq ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli görüşü keçirlib. Yarımçıq saxlanmış görüşün yazın günlərdə davam etdiriləcəyi bildirilib. Geri dön |