Ana Sayfa > Karusel / Gündəm > Elçin Quliyev yaralı sərhədçilərlə görüşüb

Elçin Quliyev yaralı sərhədçilərlə görüşüb


3-12-2021, 11:23. Yazar: Admin

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib.

 

Bu barədə Qarabaginfo.az-a DSX-dən məlumat verilib.

 

General-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət etmiş, səh­hətlərinin vəziyyətilə maraqlanmış, tezliklə sağalmalarını arzulamışdır.

 

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunmuş, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilmişdir.


Geri dön