Ana Sayfa > Karusel / Dünya > Bayden koronavirusa qarşı qapanma nəzərdə tutmayan yeni planını açıqladı

Bayden koronavirusa qarşı qapanma nəzərdə tutmayan yeni planını açıqladı


3-12-2021, 07:47. Yazar: Admin

ABŞ prezidenti Co Bayden qış üçün ölkədə koronavirusa qarşı ciddi sanitar məhdudiyyətlərin tətbiqini nəzərdə tutmayan tədbirlər planını təqdim edib. Bayden bildirib ki, bunun əvəzinə diqqətin əhalinin geniş miqyaslı vaksinasiya və revaksinasiyasına, habelə koronavirus test imkanlarının genişləndirilməsinə yönəldiləcək.

"Eyni zamanda, ABŞ sakinləri qışda yoluxma sayının artacağına hazır olmalıdırlar. Mütəxəssislər bildirirlər ki, koronavirusa yoluxanların sayı qışın qarşıdakı həftələrində artmağa davam edəcək. Beləliklə, biz hazır olmalıyıq", - deyə Bayden vurğulayıb.


Geri dön