Ana Sayfa > Karusel / Dünya > ÜST: Afrikanın 5 ölkəsində əhalinin 40%-dən çoxu peyvənd olunub

ÜST: Afrikanın 5 ölkəsində əhalinin 40%-dən çoxu peyvənd olunub


3-12-2021, 07:40. Yazar: Admin

 

ÜST: Afrikanın 5 ölkəsində əhalinin 40%-dən çoxu peyvənd olunub

Afrikanın beş ölkəsində əhalinin 40%-dən çoxu koronavirusa qarşı peyvənd edilib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisi koronavirusun "omikron" ştamı və Afrika qitəsində peyvəndləmə prosesi ilə bağlı onlayn brifinq zamanı məlumat yayıb.

Beləliklə, ÜST-ün Afrikada peyvəndlə bağlı əvvəllər qarşıya qoyduğu məqsədə nail olunub.

Eyni zamanda, ofisdən bildirilib ki, Afrikanın əksər ölkələrində peyvənd üçün artan tələbatı ödəmək üçün kifayət qədər komponentlər mövcuddur.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.(Report)


Geri dön