Ana Sayfa > Karusel / Region > Ermənistanın davakar ritorikası: “İrəvan-Moskva münasibətlərinin gərginləşməsi hədəflərdən biridir“
Ermənistanın davakar ritorikası: “İrəvan-Moskva münasibətlərinin gərginləşməsi hədəflərdən biridir“2-12-2021, 17:27. Yazar: Admin |
Ermənistanın İkinci Qarabağ Müharibəsində məğlub olmasına baxmayaraq, hələ də Azərbaycanla hədə, təhdid dili ilə danışır. Ermənistan rəsmiləri bu gün belə öz çıxışlarında revanşist ritorika ilə çıxış edərək, xalqı müharibəyə səsləyirlər. Hətta utanmadan bir az daha irəli gedərək, hansısa şərtləri irəli sürməyə cəsarət göstərirlər. Məğlub ölkənin bu davranışı nə ilə izah olunmalıdır? Ermənistanın hərbə-zorba dili ilə danışmasının səbəbkarı arxasında duran dövlətlərdir? Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan Prezidenti “münaqişə artıq başa çatıb” ifadəsini hər dəfə təsadüfən işlətmir: “Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında düyün nöqtəsi olan 30 illik işğala son qoyulub. Daha doğrusu, bu problem beynəlxalq hüququn tələb etdiyi formada və qaydada həll edilib və münaqişə dövründə Azərbaycanın yeganə istəyi beynəlxalq hüququn təmin olunması olub. Azərbaycanın öz torpaqlarını hərbi-siyasi yolla azad etməsi, BMT Nizamnaməsinin 25 və 51-ci maddəsinə əsasən həyata keçirilib. Son nəticədə BMT Baş Assambleyasının bir (14 mart 2008) və Təhlükəsizlik Şurasının isə dörd qətnaməsi təmin olunub. İndi bütün bunların fonunda Ermənistanda hansısa ritorikanın Azərbaycan üçün əhəmiyyəti yoxdur”. Deputat əlavə edib: “Əvvəla, Azərbaycan təcavüzkarın gələcək təcavüz niyyətləri üçün hərbi potensialını məhv edib. Bu mənada revanşist ritorikanı müharibəyə çevirmək Ermənistan üçün məhv deməkdir və Ermənistan hakimiyyəti də, xalqı da reallığı yaxşı başa düşür. 16 noyabr təxribatı zamanı da Azərbaycan ordusu ermənilərə bunu bir daha başa saldı. Davakar ritorikanın haradan qaynaqlanığına gəlincə, məncə, indiki məqamda Azərbaycan və Türkiyənin artan nüfuzu və gücü bəzi dövlətləri narahat edir. Onlar Türkiyə və Azərbaycanı beynəlxalq hədəfə gətirmək üçün Ermənistandan və “əzabkeş” ermənilərdən vasitə kimi istifadə edirlər”. Bəhruz Məhərrəmov tarixi faktları vurğulayıb: “Ermənilər həmişə alət olub, elə bugünkü Ermənistan dövləti də Azərbaycanın tarixi torpaqlarında alət kimi yaradılıb. Digər tərəfdən, Ermənistanı daha aciz duruma salmaqla, İrəvan-Moskva münasibətlərinin gərginləşməsi hədəflərdən biridir və Qərb artıq bu niyyətinə nail olmaqdadır. Artıq Ermənistanda güclü antirus meylləri mövcuddur”.(Yenisabah) Geri dön |