Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Estoniya XİN başçıları Şərq Tərəfdaşlığı Sammitinə hazırlığı müzakirə ediblər
Azərbaycan və Estoniya XİN başçıları Şərq Tərəfdaşlığı Sammitinə hazırlığı müzakirə ediblər2-12-2021, 17:16. Yazar: Admin |
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets ilə görüşüb. Görüşdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Tərəflər, bu xüsusda Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Qarşı tərəf Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın, daha da genişləndirilməsi və dərinləşdirilməsinin böyük əhəmiyyətini vurğulayıb. Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.(Report) Geri dön |