Ana Sayfa > Karusel / Qarabağ > Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir


2-12-2021, 15:06. Yazar: Admin

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri icra edilir.

Noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

İşğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.

Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikaları da cəlb edilib.

Bölmələrimizin azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirləri davam etdirilir.


Geri dön