Ana Sayfa > Karusel / Gündəm > “Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb


2-12-2021, 10:54. Yazar: Admin

 

“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

“Qırmızı kitab”a düşən ağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər.

Aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən edilib. Həmin şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön