Ana Sayfa > Karusel / Gündəm > Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb
Koronavirusa yoluxan tanınmış diktorun son durumu açıqlanıb2-12-2021, 10:08. Yazar: Admin |
![]() Koronavirusa yoluxan tanınmış diktor, Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb. Qarabaginfo.az-ın xəbərinə görə, Zığ Modul Tipli Xəstəxanasından “Report”a bildirilib ki, diktorun reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Qeyd olunub ki, E.Bayram hazırda oksigen maskasındadır: "Onun arterial təzyiqi 160-ın 90-a, nəbzi 97, saturasiyası 96, şəkəri isə 227-dir. Huşu aydındır. Vəziyyəti ağır olaraq qalır”. Qeyd edək ki, 74 yaşlı Xalq artisti bir müddət əvvəl COVID-19-a yoluxub. O, noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Geri dön |