Ana Sayfa > Karusel / Region > “Rusiya Paşinyanı neytrallaşdırmağa çalışacaq” -  Türk analitik

“Rusiya Paşinyanı neytrallaşdırmağa çalışacaq” -  Türk analitik


1-12-2021, 21:26. Yazar: Admin

 

“Rusiya Paşinyanı neytrallaşdırmağa çalışacaq” -  Türk analitik

Türkiyə “Qafqaz Strategiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, professor Hasan Oktayın Yenisabah.az-a müsahibəsi:

- Soçi bəyanatından sonra Ermənistanda və Azərbaycanda ekspertlər səviyyəsində “Zəngəzur dəhlizdir”, yoxsa sadəcə “nəqliyyat xətti” münbahisəsi gedir. Sizin bu məsələyə baxışınız necədir?

- 10 noyabr bəyanatından 1 il ötsə də bölgədə gözlənilən sülh tam olaraq bərqərar olmayıb. Laçın dəhlizi ilə yanaşı Zəngəzur dəhlizinin həyata keçirilməsi yönündə heç bir addım atılmayıb.

Avropa İttifaqı ixtilafa qarışaraq dekabrın 15-də Brüssseldə Ermənistan və Azərbaycan liderləri arasında görüş keçirməyi qərara alan kimi Rusiya tələsik Soçidə yeni görüş təklifi verdi. Amma Soçi bəyantından sonra əsas sual həqiqətən budur: Zəngəzur dəhlizdir, yoxsa sadəcə bir nəqliyyat xətti?

Bu, çox mühüm diplomatik məsələdir. 10 noyabr bəyanatında kommunikasiya xətləri” ifadəsindən başqa heç bir ifadənin yer almaması, istər-istəməz məyusluğa doğurmuşdu. Soçi görüşündə Rusiya ilk olaraq Dağlıq Qarabağda öz mövqelərini möhkəmləndirmək, o cümlədən Ermənistan və Azərbaycan sərhədlərinə rus əsgərlərini yerləşdirmək vəzifəsini gündəmə gətirib.

Belə olan halda ilin sonuna qədər yalnız köhnə sovet fəaliyyətini işə salmaq olar. Bu, Azərbaycan və Türkiyənin gözləntilərini doğrultmur

- Dekabrın 15-də Avropa Birliyinin Brüsseldə vasitəçilik edəcəyi görüşdə Soçidə əldə olunan razılaşmadan başqa razılaşma olacaqmı?

- Avropa İttifaqının regiondakı məsələlərə müdaxilə etməməsi və yeni perspektiv inkişaf etdirməsi üçün Rusiya, artıq Soçi görüşünü keçirib. Amerikanın Avropa İttifaqı ilə Rusiya arasında rəqabətə qarışdığı bir məqamda Rusiyanın iradəsinə zidd olaraq, Cənubi Qafqazda bəzi hadisələrin baş verəcəyini gözləmək lazımdır. Ukrayna, Belarus böhranı, Gürcüstanın mövcud vəziyyəti Avropa və Amerikanın Rusiyaya qarşı vəziyyətini nəzərə alsaq, Cənubi Qafqaz həll olunmaz problemə çevirə bilər. Yəni Rusiyaya qarşı yeni mübarizə meydanı yarana bilər.

- Ermənistan gələcəkdə Türkiyə və Azərbaycanla əlaqələrin qurulması istiqamətində hansı addımları ata bilər?

- Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan Azərbaycana qarşı müharibədə uduzdu, lakin növbədənkənar seçkilərdə Paşinyan yenidən qalib gələrək öz nüfuzunu gücləndirdi. O vaxtdan bəri Rusiya Paşinyana qarşı dörd dəfə çevrilişə cəhd etdi. Lakin bunların heç birində uğur qazana bilməyən Rusiya, Paşinyanın erkən seçki fikirlərinə qarşı öz namizədini - Robert Koçaryanı dəstəklədi, lakin gözlənildiyi kimi Koçaryan qələbə çalmadı və müxalifətdə qaldı. İndi Rusiya öz gücü ilə Paşinyanı neytrallaşdırmağa çalışacaq. 200 ildir Rusiya strategiyası ilə yaşayan ermənilər indi yol ayrıcındadır. Bu da, yaxın günlərdə Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasına doğru addım atmağa zəmin yarada bilər.

- Regionda sülhün təmin olunması üçün hansı addımlar atılmalıdır və bu addımlarda Türkiyənin rolu nədir?

- Bölgəyə gələn hər yeni aktor, yeni mübarizə meydanı deməkdir. Ona görə də Türkiyənin irəli sürdüyü “3+3” düsturu nəticə vermədi. Avropa Birliyinin son addımı bölgədə yeni problemlərə yol aça bilər. Belə olanda Türkiyə regionda baş verən bütün prosesləri və baş verə biləcək hadisələri nəzərə alaraq, Ermənistanla Azərbaycan arasında üçtərəfli danışıqlara başlaya və Türkiyə ilə Azərbaycanın sərhədlərini Ermənistanın üzünə açaraq problemi nəzarətə götürə bilər.

Azərbaycanın ən narahatlığı Dağlıq Qarabağda hüquqi prosesin başlanmasıdır. Bu həm Azərbaycan-Rusiya münasibətləri, həm də Avropa İttifaqının regiona gəlməsi üçün son dərəcə kritik məqamdır. Azərbaycan müharibənin davam etdirilməsi prosesini nəzərdən keçirməlidir. Və hətta diplomatiyaya önəm verməklə, Rusiya sülhməramlıları bölgədən çəkilməli, ondan sonra Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli danışıqlara başlamalı və regionu normallaşdırmalıdır. Yaxud da Brüsseldəki görüşdə Dağlıq Qarabağa Rusiyadan kənar sülhməramlı qüvvələrin gəlməsini təmin etməlidir. Bu şərtlər daxilində Rusiyanın sülhməramlı qüvvələrin həmişəlik bölgədə qalmasını təmin etməsi, ciddi qarşıdurmalara səbəb ola bilər və Rusiya atəşkəs rejiminin pozulmasını əsas gətirərək bölgədə sonsuz mövcudluğunu təmin edə bilər. Bu de-fakto Dağlıq Qarabağda indiki Ermənistan administrasiyasının davam etməsi deməkdir.


Geri dön