Ana Sayfa > Karusel / Siyasət > Almaniyalı deputat: “ATƏT-in Minsk Qrupu formatı işləmir, Fransa Aİ adından dürüst vasitəçi olmayıb”

Almaniyalı deputat: “ATƏT-in Minsk Qrupu formatı işləmir, Fransa Aİ adından dürüst vasitəçi olmayıb”


1-12-2021, 17:05. Yazar: Admin

Viola von Kramon-Taubadel

 

“Mən digər həmkarlarımın fikirlərini bölüşürəm ki, ATƏT-in Minsk Qrupu formatı işləmir və Aİ bu münaqişənin həlli istiqamətində yoxdur. Əminliklə deyirəm ki, telefon zəngləri kifayət deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın (Yaşıllar-Azad Avropa Alyansı) Avropa Parlamentindəki deputatı Viola von Kramon-Taubadel Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

Xanım parlamentari bildirib ki, insanlar əziyyət çəkir, saxlanılanlar dəyişdirilməyib, minalar hələ də qalır: “Və Avropa İttifaqı ortada yoxdur. Təqdirəlayiqdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində vasitəçilik danışıqları keçirəcək, lakin bu, kifayət deyil. Biz uzunmüddətli təhlükəsizlik mexanizmi təklif etməliyik. Düşünürəm ki, Fransa Aİ adından dürüst vasitəçi olmayıb”.

O, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin digər Aİ rəsmiləri ilə birgə işçi qrupu yaratmasını və regionda məkik diplomatiyasının mövcudluğunu görmək istədiyini vurğulayıb.


Geri dön